Ucar Melioservis İdarəsi kollektor və kanalları lildən təmizləyir.

about1

Ucar Melioservis İdarəsi Ağdaş və İsmayıllı rayonlarında meliorativ tədbirlərini davam etdirir. İdarə tərəfindən İsmayıllı rayonunun Qalacıq, Diyallı, Topçu ərazisində və digər kanallarda işlər artıq yekunlaşıb. İsmayıllı rayonu ərazisində 200 min kub metrə yaxın həcmdə suvarma kanalları lildən təmizlənib. Bununla da torpaq məcralı suvarma kanallarının xidməti ərazisində olan əkin sahələrinin suvarılması yaxşılaşdırılıb. Bundan başqa İsmayıllı rayonu ərazisindən keçən Talıstan çayda sel sularına qarşı mübarizə tədbirləri aparılıb.

Ucar Melioservis İdarəsi İsmayıllı rayonu ilə paralel olaraq Ağdaş rayonunda da kollektor drenaj sistemlərini və suvarma kanallarını lildən təmizləyir. Belə ki, Pirǝzə-Qaroğlan kollektorunda hazırda 2 ədəd Draqlayn tipli ekskovatorlar işləyir. Bu kanalın uzunluğu 9.5 km- dir. Kanalın təmizlənməsi ilə Aşağı Ləki, Orta və Yuxarı Ləki, Xapıtlı, Ovçulu kəndləri ərazisində yerləşən torpaqların şoranlaşmasının qarşısı alınır. Ümumilikdə idarəyə məxsus 8 ədəd buldozer və ekskovatorlar hazırda Ağdaş rayonu ərazisində bu işləri plana uyğun olaraq yerinə yetirir. Ağdaş rayonu ərazisində bu günə qədər 630 min m3 həcmdə lildən təmizləmə işləri həyata keçirilib.

Qeyd edək ki, Ağdaş rayonunda bu il 15 min hektardan artıq taxıl və 620 hektar çəltik əkilib ki, bu sahələrin də suvarma suyu ilə təminatında lildən təmizlənən suvarma kanallarının payı böyük olub.

19.12.2022 17:28