Salyan, Neftçala və Sabirabadda melioratov tədbirlər davam edir.

about1

1977-ci ildən fəaliyyətə başlayan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Salyan, Neftçala və Sabirabad rayonlarında 132500 hektar əkin sahəsinə qulluq edir. Adıçəkilən rayonların ərazisində 3260 km-dən artıq kollektor drenaj sitemləri mövcuddur. Kollektor drenaj sistemlərinin üzərində isə 3226 ədəd hidrotexniki qurğular var. Hidrotexniki qurğulardan bu il 47 ədədi cari təmir olunub. İdarə tərəfindən il ərzində mütəmadi olaraq lildən təmizləmə işləri də həyata keçirilir. Bu ilin əvvəlindən etibarən mexanizmlər vasitəsi ilə 430 km-dən artıq məsafədə lildən təmizləmə işləri görülüb. Dənizə vurulan drenaj suları-710 mln.m3, dənizə axıdılan duz isə 3.191 min ton olub.

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin balansında 25 nasos stansiyası fəaliyyət göstərir və onların məhsuldarlığı 85m3/san təşkil edir. 2022-ci ildə Salyan, Neftçala və Sabirabad rayonlarında 32000 hektara yaxın pambıq, 60000 hektara yaxın taxıl, 42000 hektara yaxın yem bitkiləri əkilib. İdarə tərəfindən plana uyğun olaraq balansda olan 10 ədəd nasos stansiya, 68 ədəd nasos aqreqatları və 71 ədəd elektrik mühərrikləri təmir olunub.

Qeyd edək ki, hazırda idarənin 20-ə yaxın mexanizmi vasitəsi ilə Salyan, Neftçala və Sabirabad rayonlarının 15-ə yaxın kəndində lildən təmizləmə işləri davam edir.

07.12.2022 09:07