Baş Mil-Muğan Kollektoru lildən təmizlənir.

about1

Baş Mil-Muğan Kollektorunda lildən təmizləmə işləri həyata keçirilir. Hazırda Baş Mil Muğan Kollektoru İstismarı İdarəsinin texnikaları bir-neçə istiqamətdə bu işləri davam etdirir. Ümumiyyətlə  Baş Mil Muğan Kollektorunun əsas məqsədi Mil-Qarabağ və Muğan –Salyan düzlərinin suvarılan torpaqlarından sızan qrunt, sel və məişət sularının Baş Mil Muğan Kollektoru vasitəsilə maneəsiz, heç bir enerji sərf etmədən öz axını ilə Xəzər dənizinə axıtmaqdır. İdarə 447 km-ə yaxın magistral və təsərrüfatlararası kollektoru onların üzərində 47 ədəd hidrotexniki qurğunu, 3 ədəd hidropostu, 65 ədəd körpünü, Baş Mil Muğan Kollketoru boyunca 140 km-lik örtüklü yolu, 1068 km təsərrüfat daxili kollektor-drenaj şəbəkəsini və onların üzərində 1086 ədəd borulu su buraxıcını istismar edir. Kollektorlarla xəzər dənizinə  2022- ci ilin 10 ayında 1697.722 min m3 su axıdılıb.

Baş Mil Muğan Kollektoru İstismarı İdarəsi tərəfindən balansda olan nasos stansiyaların hər biri saz vəziyyətdə saxlanılır.  Hazırda nasos stansiyada əsaslı təmir işləri aparılır, yeni bina inşa edilir. İstifadəyə veriləcək olan nasos stansiya 9000 ha sahəyə xidmət göstərəcək ki, həmin ərazilərdə şoranlaşmanın qarşısı alınacaq, torpaqların münbitliyi artacaq. Bu isə məhsuldarlığa müsbət təsirini göstərəcək.

Qeyd edək ki, Baş Mil-Muğan Kollektorunun ümumi uzunluğu 140 km-dir. Bundan 22 km-i Salyan, 18 km-ə yaxını Sabirabad, 37 km-i Neftçala, 63 km-i isə Saatlı rayonunun ərazisinə düşür.

02.12.2022 09:14