Tədbirdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları, AZMİU-nun professor və müəllim heyəti, o cümlədən həmin universitetin 3-cü kurs bakalavr və 1-ci kurs magistr tələbələri iştirak ediblər.Tədbirdə mühazirəçi qismində iştirak edən texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Qara Cəfərov qlobal iqlim dəyişmələrinin təkcə respublikamız üçün deyil, hazırda bütün dünya üçün aktual məsələ olduğunu vurğulayaraq bildirib ki, iqlim dəyişmələrinə səbəb olan amillər sırasında temperaturun artmasını, vulkan püskürmələrini və antropogen amilləri qeyd etmək olar. Mühazirə zamanı dosent onu da əlavə edib ki, iqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə, son 100 ildə yer kürəsində orta temperatur 0,8 dərəcə artıb.İqlim dəyişmələrinin su ehtiyyatlarına təsirindən danışan dosent ölkəmizin su ehtiyyatlarının da, bundan təsirsiz ötüşmədiyini vurğulamışdır.
Mühazirənin sonunda tələbələr tərəfindən ünvanlanan suallar cavablandırılmışdır.
Qeyd edək ki, tədbirlər planı çərçivəsində AZMİU-da mühazirələrin təşkilindən əlavə tələbələr üçün esse müsabiqəsinin təşkili, təcrübə proqramları, o cümlədən müxtəlif su anbarlarına, təcrübə stansiyalarına ekskursiyalar nəzərdə tutulur.
14.11.2022 14:38