İmişlidə yeni beton kanal çəkilir. Kanal 500 hektara yaxın əkin sahəsinə xidmət edəcək.

about1

Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində yaradılan Bəhrəmtəpə Melioservis İdarəsi Meliorasiya və Su Təsərrüfatı obyektlərində təmir bərpa işlərinin aparılması, magistral, təsərrüfatlar arası və təsərrüfatlar daxili suvarma kanallarının, kollektor və drenajların lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması işləri ilə məşğul olur. Bundan əlavə olaraq idarə müxtəlif ölçüdə dəmir-beton, əmtəə betonlarının, suvarma kanallarında istifadə etmək üçün müxtəlif ölçülü dəmir beton su novlarının, beton boruların və kanal piltələrinin istehsalını da həyata keçirir. Hazırda idarə suvarma kanallarının və kollektorların lildən təmizlənməsi və kanalların beton üzlüklə üzlənməsi işlərini həyata keçirir. Bununla yanaşı İmişli rayonunun Qaralar kəndində torpaq məcralı kanal beton üzlüyə alınır ki, bununla da əkin sahələrinin itkisiz olaraq suvarılması təmin olunur. Artıq kanalda işlərin böyük bir hissə arxada qalıb.

Qeyd edək ki, Bəhrəmtəpə Melioservis İdarəsi Ağammədli kəndində 500 metr uzunluqda olan nov kanalda üzərindəki qurğularla birlikdə əsaslı təmir işləri aparır.  Bundan başqa Muradallı kəndində olan nov kanalı da üzərindəki qurğularla birlikdə 1000 metr məsafədə beton üzlüyə alınır.

14.11.2022 09:15