Hacıqabul Suvarma Sistemləri İdarəsi rayonun 19 min hektara yaxın suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini, meşə zolağını və rayonun 34 min hektar qış otlaqlarında su təminatını həyata keçirir. Bundan başqa idarə tərəfindən mülkiyyətdə olan meliorasiya və irriqasiya sistemlərinin istismarı təşkil edilir, bu sahənin inkişafı ilə bağlı digər işlər yerinə yetirilir. Əkinlərin su təminatının yaxşılaşması üçün cari ildə 270 km-dən artıq magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilib. Beləliklə kanallar vasitəsi ilə əkin sahələrinə çatdırılan suvarma suyu maneəsiz olaraq ötürülüb. Bundan başqa balansda olan nasos stansiyalara baxış keçirilib, nasazlıqlar aradan qaldırılaraq hər birinin fəaliyyəti saz vəziyyətdə saxlanılır.
2022-ci təsərrüfat ilinin əvvəlindən suvarmaların mütəşəkkil keçirilməsi, sudan səmərəli istifadə olunması, su itkilərinə yol verilməməsi, habelə suvarmaların növbəlilik qrafikinə əməl olunması istiqamətində xeyli işlər görülüb. İdarə üzrə 17 ədəd hidrotexniki qurğu, 1000 metr beton kanallar, 1 ədəd mülki və istehsalat binaları, 1 ədəd nasos stansiya da cari təmir olunub. Nasos aqreqatları ilə əkinlərin suvarılması və qış otlaqlarında məskunlaşan təsərrüfatların içməli su ilə təmin etmək üçün su mənbələrindən 73130 min m3 su götürülüb.
Hacıqabul Suvarma Sistemləri İdarəsi tərəfindən ümumilikdə 2022-ci ildə ərzində 12285 ha taxıl, 247 ha pambıq, 252 ha şəkər çuğunduru, 2155 ha yem bitkiləri, 342 ha bostan-tərəvəz, 343 ha çoxillik əkinlər, 2500 ha həyətyanı sahələr və digər kənd təsərrüfatı bitkilərinin suvarılması tam olaraq başa çatdırlıb.
31.10.2022 08:39