25 oktyabr 2022-ci il tarixdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə payızlıq əkinlərin suvarılmasına hazırlıqla bağlı videokonfrans keçirilib.

about1

Konfransda suvarma suyu ilə təminatın mövcud vəziyyəti və bu sahədə yaranan çətinliklərlə bağlı müzakirələr aparılıb. Videokonfransda Səhmdar Cəmiyyətin müşaviri, şöbə və sektor müdirləri, həmçinin rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak edib.

İclasda Səhmdar Cəmiyyətin sədr müavini Zakir Quliyev tərəfindən payızlıq əkinlərin suvarılmasının daim nəzarətdə saxlanılması, bu sahədə yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri ilə əlaqəli işin təşkili, suvarmada olan çətinliklərin vaxtında aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

26.10.2022 14:54