Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Bərdə şəhərində vətəndaşları qəbul edib.

about1

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Bərdə şəhərində vətəndaşları qəbul edib.

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə 24 aprel 2019-cu il tarixində Bərdə şəhərində Bərdə, Yevlax, Ağdam, Tərtər rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə  və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. 

Bərdə Suvarma Sistemləri İdarəsinin  inzibati binasında keçirilən qəbulda  Bərdə, Yevlax, Ağdam, Tərtər rayonlarının olan 37 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən suvarma suyundan əziyyət çəkən fermerlərin su təchizatının yaxşılaşdırılması, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının qurulması və təmiri, suvarma kanallarının lildən təmizlənməsi və s.  kimi məsələlərlə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerində öz həllini tapıb, digər müraciətlər üzrə ASC-nin məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

 

24.04.2019 13:00