İmişlidə 175 km kollektor-drenaj sistemləri lildən təmizlənib.

about1

İmişli rayonunda meliorativ tədbirlərin doğru aparılması nəticəsində torpaqların münbitliyi artıb. Artıq əvvəlki illərdə əkin aparılmayan sahələrdə müxtəlif növ kənd təsərrüfatı təyinatlı bitkilər əkilib. Zaman keçdikcə şoranlaşan torpaqlar kollektor-drenaj sistemlərinin vaxtında təmizlənməsi ilə əkinə yararlı vəziyyətə gətirilib. Bütün bu işlər Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsinin texnikaları vasitəsi ilə həyata keçrilib. İmişli rayonunun ümumilikdə 35900 hektara yaxın meliorasiya olunmuş torpaqlara, 1531 km drenaj və kollektorlar şəbəkəsi vasitəsi ilə xidmət göstərən idarə hazırda bu istiqamətdə işlərini davam etdirir.

İdarə tərəfindən bu ilin əvvəlindən etibarən 14 ədəd hidrotexniki qurğu vaxtilə tikilmiş və yararsız hala düşən borular sökülüb yeni borularla əvəzlənərək cari təmir olunub. Bu da nəticə olaraq kollektorlarda qurunt və səth sularının normal axıdılmasına, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına müsbət təsirini göstərib.

Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsinin balansında olan kollektorların keçdiyi ərazilər artıq münbit torpaqlara çevrilməkdədir. Buna misal olaraq ətrafda əkilən pambıq sahələrini göstərmək olar. Fermerlər hər il əkin üçün yerlərin artdığını söyləyirlər.

Qeyd edək ki, kollketor-drenaj sistemlərinin təmizlənməsi sistemli şəkildə aparılır. İlk öncə təsərrüfatlar daxili kollektorlar lildən təmizlənərək əsas kollektorlara ötürülür. Bu kollektorlar da magistral kollektorlara qoşulur. Ən sonda magistral kollektorlar qurunt sularını rayon ərazisindən kənarlaşdırır.

 

02.09.2022 09:08