Siyəzən rayonunda suvarma mövsümü uğurla davam etdirilir.

about1

Torpaq mülkiyyətçilərini vaxtında suvarma suyu ilə təmin etmək məqsədi ilə Siyəzən Suvarma Sistemləri İdarəsinin əməkdaşları tərəfindən torpaq kanallar lil və kol-kosdan təmizlənir. Nəticədə kanalların ötürücülük qabilliyəti artır və fermerlər lazimi vaxtda su ilə təmin edilir. Suvarma mövsümü dövründə hər hansı çətinliyin yaranmaması üçün mütamadi olaraq idarə əməkdaşları tərəfindən hidrotexniki qurğularda və qapalı kanallarda cari təmir işləri görülür.

Onuda qeyd edək ki, Siyəzən rayonunda 247 km uzunluğunda suvarma kanalları mövcuddur. Hər il plan-qrafikə uyğun olaraq torpaq məcralı kanallar beton üzlüyə alınır. Ötən il 2100 metr uzunluğunda Zarat kanalının beton üzlüyə alınması nəticəsində 100 hektardan artıq sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb. Bu isə öz növbəsində rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artmasına böyük təsir göstərib.

Qeyd edək ki, Siyəzən rayonunda 12000 hektardan çox suvarılan ərazi mövcuddur. Rayonun əsas suvarma mənbəyi Samur-Abşeron kanalı, Taxtakörpü-Ceyranbatan kanalı, Gil-gilçay və Ataçay çaylarıdır. Sahələri suvarma suyu ilə vaxtında və itkisiz təmin etmək məqsədilə  son dövrlər rayonda 1685 ədəd hidrotexniki qurğu, 198286 metr uzunluğunda qapalı supaylayıcı şəbəkə, üzərində 118 ədəd hidrotexniki qurğu olan 24103  m uzunluğunda beton üzlüklü açıq suvarma kanalı və 2300 hektar ərazini əhatə edən 26 kilometr açıq, 121 kilometr isə qapalı drenaj şəbəkəsi çəkilib.

31.08.2022 09:17