İmişli rayonunda suvarma sürətlə davam edir.

about1

İmişli rayonunda əkin sahələrinin su ilə təmini üçün Suvarma sistemləri idarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Daşıyıcı kanallar vasitəsi ilə sahələrə su buraxılması müəyyən edilən qrafikə uyğun verilərək növbəli şəkildə suvarma işi təşkil edilir.

İmişlidə  əkin sahələrinin vaxtında  və keyfiyyətli  suvarılması üçün işlər qrafik və növbəli sistem üzrə aparılır.  Belə k, İmişli Suvarma Sistemləri idarəsi tərəfindən 54 min 291 hektar əkinə yararlı torpaq sahəsinə xidmət  göstərilir.  əkin sahələrinin suvarılması üçün ümumulikdə 1176 km uzunluğunda  su kanalı  və 25 su nasos stansiyası vardır. Su nasos stansiyaları çayların qalxıb-enməsinə uyğun olaraq tənzimlənir. Nasoslar əsasən Kür ətrafı sahədə quraşdırılıb ki, bunun da 5-i üzən su nasosudur. Həmçinin Araz çayı və iri tutumlu su kanallarının sahilində də nasos stansiyalar çalışır. Əkin sahələrinin suvarılması  üçün Baş Muğan, Qızılarx , Boztəpə, Yuxarı Qarabağ, Rəsularx, R-2, Arazyanı , OMK və digər irisututumlu kanalarından istifadə edilir. Bundan başqa 6 ədəd dizel yanacağı ilə işləyən mobil su nasos stansiyası suyun tələbatına uyğun yerlərdə sahələrə xidmət göstərir.

Yaxın gələcəkdə İmişli rayonunda əsas daşıyıcı kanallardan olan Boztəpə və Qızılarx kanalların torpaq məcralı hissələrinin   beton üzlüyə alınması nəzərdə tutulub. Bunun üçün artıq layihədə hazırlanır  və yekunlaşmaq üzrədir. Yerinə yetirələcək işlərdə əsas məqsəd su itkisinin qarşısının alınmasıdır.

Rayonda suvarma kanallarının lildən təmizlənməsi də daim diqqət mərkəzində saxlanılır. Kanalların təmizlənməsi üçün əraziyə lazimi sayda texnika cəlb edilib. İdarədən verilən məlumata görə  ilin  əvvəlindən bu günə kimi 220 kilometrdən çox suvarma kanalnda da təmizlik işləri aparılıb Mütəmadi olaraq  suvarma işlərinin kefiyyətli və vaxtında  həyata keçirilməsi hidro  qurğularda cari təmir  və yeniləmə  işləri aparılıb.  

29.08.2022 12:26