Qəbələdə çaylarda məcra təmizləmə işləri davam edir.

about1

Qəbələ Suvarma Sistemləri İdarəsi Qəbələ rayonunda 11 mindən artıq su istifadəçisinə balansda olan 972 km kanal və arxlardan, 12 suvarma mənbəyindən ibarət suvarma şəbəkəsi ilə xidmət edir. İdarə tərəfində hər il kanal və arxlara baxış keçirilərək növbəti ilin suvarma mövsümünə hazırlıq məqsədi ilə kanal və arxlarda lildən və kol-kosdan təmizlənəcək məsafə və həcm müəyyənləşdirilir. Hazırlanan tədbirlər planına uyğun olaraq cari il üçün nəzərdə tutulan lildən təmizləmə işləri həyata keçirilir. Bundan başqa kanallarda su itkisinin qarşısının alınması məqsədi ilə bu günə qədər 14 km məsafədə təsərrüfatlararası kanala beton üzlük çəkilib. Balansda olan 116 ədəd subartezian quyusundan 2-si əsaslı, 6-sı isə cari təmirə dayandırılmaqla 108 ədədi istismara işlək vəziyyətdədir. Hazırda rayonda əkilən kənd təsərrüfatı bitkilərinin suvarılması normalara uyğun olaraq davam edir.

Qəbələ Suvarma Sistemləri İdarəsinin əsas fəaliyyət sahələrindən biri də rayonun yaşayış məntəqələrini, eyni zamanda kənd təsərrüfatına yararlı torpaq sahələrini sel sularından mühafizə etməkdir. Mühafizə məqsədi ilə rayondan axan çaylarda tikilmiş 15 km məsafədə sahilqoruyucu daş-beton bəndlər mövcuddur. Hazırda sel sularından və daşqınlardan mühafizə məqsədi ilə çaylarda məcra təmizləmə işləri aparılır.

Qeyd edək ki, Qəbələ Suvarma Sistemləri İdarəsi Qəbələ rayonunda 15900 hektardan artıq suvarılan torpaq sahəsinə xidmət edir.

01.01.1970 04:00