Qusarda 29300 hektar ərazi 1579 km uzunluğunda olan kanallar vasitəsi ilə suvarılır.

about1

Son illər Qusar rayonunda kənd təsərrüfatı sahəsinə maraq artıb. Bunun nəticəsidir ki, rayonda yeni-müasir tipli bağ sahələri salınıb. Fermerlərin bağ və əkin sahələrini genişləndirməsinin başlıca səbəbi suvarma suyuna olan təlabatın yaxşılaşdırılmasıdır. Son illər fermerlərin əsas diqqəti suvarma suyuna qənaət məqsədi ilə damcı üsulundan istifadə etməkdir. Bu cür suvarma üsulundan istifadə edən fermerlər suya və işçi qüvvəsinə qənaət edir. Nəticədə isə yüksək məhsuldarlıq əldə olunur. Ən əsası isə torpağın münbit qatı qorunur. Damcı ilə suvarmada suya 4-5 dəfə, gübrələrin suvarma suyu ilə verilməsi baxımından 50-faizədək gübrəyə qənaət olunur. Bu üsul ilə suvarmada məhsulun keyfiyyəti yaxşılaşmaqla bərabər istehsalı da artır.

Hazırda rayonda 29 min 300 hektar suvarılan ərazi mövcuddur. Bu sahələr 1579 km uzunluğunda olan kanallar vasitəsi ilə suvarılır. Bu kanalların 1381 km-i torpaq, 187 km-i isə beton məcralıdır. Son illər rayonda aparılan melorativ tədbirlər nəticəsində torpaq kanallar beton kanallarla əvəz edilib. Bu da öz növbəsində həm su itkisinin qarşısını alır həm də təsərrüfat sahibləri vaxtnda suvarma suyu ilə təmin edilir. 

Görülən tədbirlərin nəticəsidir ki,  rayonda cari suvarma mövsümündə heç bir çətinlik yaşanmayıb. Həmçinin mövsüm başlamazdan topraq kanallar lildən təmizlənib eləcə də hidrotexniki qurğular təmir edilib. Hazırda da bu işlər davam etdirilir.

Bununla yanaşı rayon ərazisindən keçən çayların daha çox təhlükə gözlənilən hissələrində daşqın və selə qarşı mübarizə tədbirləri görülərək, çay məcraları təmizlənir, sahilqoruyucu və su istiqamətləndirici bəndlər qurulur. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Tahircalçay” çayında  qurulan yeni suvarma sistemi sayəsində Qusar rayonunda daha 200 hektar sahə əkin dövrüyyəsinə qaytarılıb.

26.08.2022 10:22