Ağdam rayonunda son illər mexaniki üsulla suvarma, o cümlədən meliorativ tədbirlər uğurla yerinə yetirilir. 36000 hektardan artıq kənd təsərrüfatı bitkilərinin suvarılması və 83000 nəfərə yaxın rayon sakininin içməli-məişət suyuna olan talabatını hayata keçirən Ağdam Mexaniki Suvarma İdarəsində mövsümə uyğun olaraq işlər davam edir. Bu xidmətlərin aparılması üçün idarənin balansında olan 986 subartezian quyusu, 4 nasos stansiya, 4 su yığıcı göl, 11 kəhriz və qaynamalar, 365 km suvarma kanalları, 236 hidrotexniki qurğu mövcuddur. İdarə tərəfindən müasir standartlara uyğun olaraq 102 subartezian quyusunda Scada sistemi quraşdırılıb, 238 subartezian quyusunda isə quraşdırılması nəzərdə tutulub. Bundan başqa balansda olan subartezian quyularına baxış keçirilərək nasaz olan dərinlik nasosları dəyişdirilib.
Video: Rayon ərazisində əkin aparan fermerlərin və su istifadəçilərinin təlabatını ödəyən Ağdam Mexaniki Suvarma İdarəsi daimi olaraq subartezian quyularının işlək vəziyyətdə olmasına diqqət yetirir. İdarənin tabeliyində olan emalatxanada işçi heyəti tərəfindən nasosların sazlığı yoxlanılır və təmir prosesi həyata keçirilir. Hər il mütəmadi olaraq yeni subartezian quyularının qazıldığı Ağdam rayonunda bu il də 10 ədəd quyunun qazılması nəzərdə tutulub və artıq bu işləri icrası yekunlaşır.
Ağdam Mexaniki Suvarma İdarəsi balansında olan suvarma kanallarında da lildən təmizləmə işlərini ilin əvvəlindən etibarən davam etdirir. Hazırda idarənin texnikaları bir-neçə istiqamətdə kanalları lildən təmizləyir. Nəticədə suvarma kanalları ilə sahələrə ötürülən suyun maneəsiz axını təmin olunur.
15.08.2022 08:52