Ağdaş Suvarma Sistemləri İdarəsi tərəfindən vaxtında aparılan meliorativ tədbirlər nəticəsində Ağdaş rayonunda əkilən kənd təsərrüfatı bitkilərinin suvarılmasında problem yaşanmayıb. İdarə tərəfindən 2022-ci il ərzində suvarma suyu ilə təmin olunması planlaşdırılan 36450 hektar əkin sahələrinin vegetasiya və arat suvarılması bu vaxta qədər üst-üstə 117259 hektar sahədə aparılıb. İdarə Türyançay çayından, Kür çayından və Yuxarı Şirvan kanalından 258265 min m3 su götürüb ki, bu da birbaşa əkin sahələrinin suvarılmasında istifadə olunub. İlin əvvəlindən suvarma kanallarının 530 km-lik hissəsində lildən təmizlənmə işləri aparılaraq, mexanizimlər vasitəsi ilə 885 min m3 suvarma kanallarında lilldən təmizlənmə işləri həyata keçirilib.
Tədbirlərin davamı olaraq bu il Ağdaş Suvarma Sistemləri İdarəsi tərəfindən 14 ədəd müxtəlif hidrotexniki qurğuda, akveduk, subölüşdürücü, suburaxıcı, nizamlayıcı, dəmir borulu keçid, Qaradeyin Zülfəli kanalı, Qaradeyin Zülfəli kanalı, Komsomol kanalı, və s. cari təmir işləri aparılıb. Bundan başqa daşqın və selə qarşı mübarizə tədbirləri çərçivəsində Türyançay çayında Türyançay qəsəbə yaxınlığında Gürcüva kəndi və Dəhnə kəndi ərazisində mexanizimlər vasitəsi ilə 112 min m3 çay məcrasının təmizlənməsi başa çatdırılıb. Plana uyğun olaraq görülən işlər həm suvarmada, həmdə selə qarşı mübarizə tədbirlərində müsbət irəliləyişlərin əldə olunmasına imkan yaradıb.
Qeyd edək ki, Ağdaş Suvarma Sistemləri İdarəsi Ağdaş rayonunda 36500 hektar əkin sahəsinin suvarılmasına xidmət edir.
12.08.2022 09:10