Türyançayda tənzimləmə işləri görülür, sağ və sol sahilə bəndlər vurulur.

about1

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqları və Təmir-Quraşdırma və Sazlama İdarəsi Ağdaş rayonu ərazisindən keçən Türyançay çayında tənzimləmə tədbirlərini davam etdirir. Bu məqsədlə idarənin 5 ədəd texnikası çay məcrasına cəlb olunub. Çayın məcrasının genişlənərək ətraf ərazilərə zərər vurmaması üçün çayın mərkəzində olan təqribən 60-70 metr enində adaları ekskovatorlar bir-birinə ötürür, buldozer isə dambalara qaldırır. Daha sonra çayın məcrasında hamarlanma işləri aparılır. Çayın sağ və sol sahilinə vurulan bu bəndlər yarana biləcək sel təhlükəsinin də qarşısını almış olur.

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqları və Təmir-Quraşdırma və Sazlama İdarəsinin Türyançay çayında gördüyü işlərin məqsədi ətrafda olan kənd əhalisinin torpaqlarının mühafizəsini təmin etməkdən ibarətdir. Əgər bu işlər görülməzsə çay məcrasından gələn sel suları  həmin torpaqları erroziyaya uğradaraq aşınmaya səbəb ola bilər. Erroziyaya uğrayan torpaqlar isə yeyilərək əkin sahələrinə ziyan vura bilər. Hazırda idarənin tədbirlər planına uyğun olaraq təxirəsalınmaz işlər davam edir.

03.08.2022 08:51