Biləsuvarda 39 min hektara yaxın əkin sahəsi suvarılır.

about1

Biləsuvar  Suvarma  Sistemləri  İdarəsi rayon  ərazisində  yerləşən 38900 hektardan artıq  əkin  sahəsinin  suvarılmasına  xidmət edir. Sahələrin 20422  hektarı nasoslar vasitəsilə, 18487 hektarı isə öz axını ilə həyata keçirilir. Son illər əkin dövriyyəsinə əlavə torpaqlar  cəlb edilməsi nəticəsində əkin sahələri genişlənərək  57216 hektara çatıb. Əkin  sahələrinin suvarılması üçün Cənubi-Muğan kanalı, Arazın yeni qolu və qismən Bolqarçay su anbarından  istifadə olunur. 2022-ci ilin 6 ayı ərzində Biləsuvar Suvarma Sistemləri İdarəsi tərəfindən əkin sahələrinin suvarılmasına  xidmət edən 2 nömrəli və 10-A nömrəli nasos stansiyalar yeni tipli məhsuldar qurğularla təhciz olunub. Bu da suvarma işlərinin yaxşılaşdırılması və suyun vaxtında  və itkisiz su istifadəçilərinə çatdırılmasını təmin edir. Suvarmanı daha da yaxşılaşdırmaq üçün daha 3 ədəd 34, 101, Günəşli-1  nömrəli nasos stansiyaların elektrik iş rejiminə keçirilməsi və R-1 təsərrüfatlararası torpaq  məcralı suvarma kanalının beton üzlüyə alınması işləri davam etdirilir.

 

İdarə tərəfindən bu il əkin sahələrinin suvarılmasına xidmət edən baş kanalların çəkilməsi davam etdirilib. Belə ki, kəndlər üzrə 633  km baş suvarma kanalı və 243 km təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalı lildən təmizlənərək mülkiyyətçilərin istifadəsinə verilib. Ümumilikdə  876 km suvarma kanallarında lildən təmizləmə işləri aparılıb.

Bildirək ki, Biləsuvar rayonunda 2022-ci təsərüfat ilində 24440 ha taxıl, 6440 ha pambıq, 6580 ha yonca, 833 ha bostan-tərəvəz, 137  ha günəbaxan, 1365 ha qarğıdalı və digər kənd təsərrüfatı təyinatlı bitkilər əkilərək və suvarılması həyata keçirilib.

27.07.2022 09:01