İmişli rayonunda suvarma mövsümü uğurla davam edir. Suvarmanın mütəşəkkil aparılması üçün İmişli Suvarma Sistemləri İdarəsi tərəfindən bütün hazırlıq işləri yekunlaşıb. Hazırlıq işləri sürətlə davam edir. İdarənin əsas vəzifəsi balansında olan suvarma kanallarını lildən təmizləmək, hidrotexniki qurğuların əsaslı və cari təmiri işlərini yerinə yetirməklə su istifadəcilərini su ilə təmin etməkdir. İdarənin balansında olan 25 ədəd nasos stansiyalar vasitəsilə 9515 ha əkin sahəsi suvarma suyu ilə təmin olunur. Bundan əlavə 6 ədəd dizel yanacağı ilə işləyən nasos aqreqatları vardır ki, bu da su tələbatına uyğun ərazilərdə quraşdırılır. Suvarma mövsümünə qədər bütün nasos stansiyalara baxış keçirilərək saz vəziyyətə gətirilib. Hazırda nasos stansiyaların hər biri işlək vəziyətdədir.
İmişlidə əkin sahələri uzunluğu 1176 km-dən artıq olan suvarma kanalları vasitəsi ilə suvarılır. Bunlar əsasən Araz cayı və Yuxarı Qarabağ kanalından qidalanan Boztəpə, Qızıl arx, Köhnə Cənubi Muğan, Rəsul arx, Osmanov kanalı, Baş Muğan və Orta Muğan kanallarıdır. Bu günə qədər ümumilikdə 413 min kub metr həcmdə təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalları lildən təmizlənib, 1 kilometr uzunluqda nov kanal cari təmir olunub. Bundan başqa 7 ədəd hidrotexniki qurğunun cari təmiri həyata keçirilib.
İmişli rayonunda 2022-ci il təsərrüfat ilində 16630 ha sahədə taxıl, 7121 ha pambıq, 25145 ha yem bitkiləri, 550 ha bostan-tərəvəz, 150 ha qarğıdalı, 50 ha çoxillik bitgilər və 4650 ha həyətyanı sahələrdə əkin aparılıb və əkilən bütün bitgilər suvarma suyu ilə təmin olunub. Qeyd edək ki, İmişli Suvarma aSistemləri İdarəsi 54290 hektardan artıq suvarılan torpaqlara xidmət edir.
18.07.2022 08:41