Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət Tərtər rayonunun Suqovuşan qəsəbəsində “Suqovuşan” su anbarına baxış keçirib.

about1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 5-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyətin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri olub.

Baş nazir və Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi heyət Tərtər rayonunun Suqovuşan qəsəbəsində “Suqovuşan” su anbarına baxış keçirib. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Azərbaycan Prezidentinin tapşırıqları ilə bağlı görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.

06.07.2022 16:00