5 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Səhmdar Cəmiyyəti tərəfindən 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işləri tam başa çatdırılıb.
Xatırladaq ki, bütün digər sahələrlə bərabər, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi məsələsi cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
14.03.2019 10:00