Şamaxı və Qobustan rayonlarında 8 min hektardan artıq əkin sahəsi suvarılır.

about1

Şamaxı Suvarma Sistemləri İdarəsi Şamaxı və Qobustan rayonlarının suvarılan sahələri üzrə, əkin sahələrinin su təminatını həyata keçirir. Belə ki, Şamaxıda 6870 hektar, Qobustan rayonunda isə 1147 hektar suvarılan əkin sahəsi mövcuddur ki, bu sahələri suvarmaq üçün 138 km-lik artıq torpaq kanallardan istifadə edilir. İdarə tərəfindən hər il mütəmadi olaraq torpaq məcralı kanalların lildən təmizlənməsi, o cümlədən beton üzlüyə alınması prosesi davam edir. Kanalların betonlanması isə su itkisinin qarşısını almaqla yanaşı suvarmanı da sürətləndirir. Görülən işlər Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən fermerlərin işini asanlaşdırır.

Şamaxıda suvarmanı mütəşəkkil təmin etmək üçün əsasən su tutarlarından istifadə olunur. Yaradılan su tutarları suvarmada böyük rola malik olmaqla yanaşı həmdə ehtiyat rolunu oynayır. Yay aylarında, quraqlıq dövründə suvarma suyuna ehtiyac olduqda məhz su tutarlarından kanallara su ötürülməklə sahələrə su verilir.

Qeyd edək ki, Şamaxı Suvarma Sistemləri İdarəsi Şamaxı və Qobustan rayonlarının əkin dövriyyəsində olan 8400 hektardan artıq müxtəlif kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təmin olunmasına xidmət edir. Onlardan 4380 hektarı taxıl, 3500 hektarı yem bitkiləri, 490 hektarı çoxillik əkinlər, 30 hektarı bostan-tərəvəz, 50 hektarı isə həyətyanı sahələrdir. 

01.07.2022 08:49