Konfransda pambıq sahələrinin su ilə təminatının mövcud vəziyyəti və bu sahədə yaranan çətinliklərlə bağlı müzakirələr aparılıb. Videokonfransda Səhmdar Cəmiyyətin şöbə müdirləri və rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak edib.
İclasda Səhmdar Cəmiyyətin sədr müavini Zakir Quliyev pambıq sahələrinin suvarılmasının daim nəzarətdə saxlanılması, bu sahədə yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri və şirkətlərlə əlaqəli işin təşkili, suvarmada olan çətinliklərin vaxtında aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
21.06.2022 09:30