Baş Mil-Muğan Kollektoru qrunt sularını xəzər dənizinə axıdır.

about1

1994-cü ildə yaradılan Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin ​ ​yaradılmasında əsas məqsəd Kür-Araz  ovalığından qrunt sularını Baş Mil-Muğan Kollektoru vasitəsilə maneəsiz öz axımı ilə Xəzər dənizinə axıtmaqdır. ​ Eyni zamanda kollektorun su tullayıcı qabiliyyəti də mövcuddur. Belə ki, kollektor daşqınlar və su basmalar zamanı artıq suları Xəzər dənizinə sərbəst şəkildə axıdır. İdarə tərəfindən kollektor vasitəsi ilə hər il dənizə 1 milyard 300 milyon kub metr su axıdılır. Ötən il idarə üzrə bu rəqəm 1 milyard 650 milyon kub metr olub. Həmin suların tərkibində minerallıq 5-6 milli qram litr təşkil edib. Atılan duzun miqdarı isə 9 milyon 800 ton olub.

Baş Mil-Muğan Kollektorunun istifadəyə verilməsi bu günə qədər 262 min hektar xidməti ərazidə şoran torpaqların yuyulmasına səbəb olub. Artıq kollektorun sağ və sol sahilində yerləşən torpaqlar münbit bir torpağa çevrilib. Bu torpaqlarda əkin işləri aparılır və pambıq, taxıl, yonca kimi kənd təsərrüfatı bitkiləri əkilir. İdarənin əsas funksiyalarından biri də balansda olan mövcud kollektor-drenaj sistemlərini, hidrotexniki qurğuları saz və işlək vəziyyətdə saxlamaqdır. Bunun üçün hər il hidrotexniki qurğularda, su buraxıcılarda və kollektor-drenaj şəbəkələrində cari və əsaslı təmir işləri aparılır. Ötən il 54 ədəd hidrotexniki qurğuda cari təmir, ondan 3 ədədində isə əsaslı şəkildə təmir işləri aparılıb.

Qeyd edək ki, Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi Salyan, Sabirabad, Neftçala və Saatlı rayonlarına xidmət edir. Baş Mil-Muğan Kollektorunun ümumi uzunluğu 141 km-dir.

20.06.2022 08:45