Göyçay rayonunda Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində əkin aparılan sahələrin suvarılmasını təmin etmək üçün intensiv tədbirlər görülür. Bundan başqa yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi üçün bir sıra işlər aparılır. Rayonda suvarılan əkin sahələrinin 7070 hektarı Göyçay çayından, 17772 hektarı Yuxarı Şirvan kanalından, 1607 hektarı Yekəxana su anbarından su götürülməklə həyata keçirilir. 2022-ci il ərzində hidrotexniki qurğularda da cari təmir işləri aparılıb. O cümlədən Cəyirli kəndi ərazisində supaylayıcı qurğuda şlüzlərin, Mallı-Şıxlı kəndi ərazisində subölüşdürücü qurğuda şlüzlərin, Yeniarx kəndi ərazisində subölüşdürücü qurğunun, Çayarxı kəndi ərazisində su nizamlayıcı qurğunun, Məlikkənd kəndi ərazisində Çaxırlı suvarma arxında səviyyəqaldırıcı şlüzlərin təmiri işləri həyata keçirilib.
Ayrı – ayrı mənbələrdən suvarma suyunu götürərək su istifadəçilərinə çatdırılması məqsədi ilə Göyçay Suvarma Sistemləri idarəsinin balansında olan 206 km təsərrüfatlararası kanal və 1516 km təsərüfatdaxili kanallardan istifadə olunur. Təsərrüfatlararası kanallar üzərində 613 ədəd, təsərrüfatdaxili kanallar üzərində isə 1273 ədəd hidrotexniki qurğu var. 2022-ci il ərzində Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən Qantarma suvarma arxında, Ərəb suvarma arxında, Şəhadət suvarma arxında, Mirzəhüseynli suvarma arxında, Cəyirli suvarma arxında, Qaraxıdır suvarma arxında, Yeniarx suvarma arxında, Potu suvarma arxında, Mallı-Şıxlı suvarma arxında, Xəlitli suvarma arxında, Şəkili suvarma arxında Qarayazı beton kanalında və digər arxlarda lildən təmizləmə işləri aparılıb. Bundan başqa idarə tərəfindən rayon ərazisindən axan çaylarda sel sularından mühafizə tədbirləri də həyata keçirilir. 2022-ci ildə Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən Göyçay çayının məcrasında məcra təmizləmə işləri aparılıb. Hazırda Göyçay çayına mühafizə tədbirləri məqsədilə texnikalar cəlb olunub.
Qeyd edək ki, Göyçay Suvarma Sistemləri İdarəsi Göyçay rayonu üzrə 26448 ha suvarılan ərazinin su təminatı ilə məşğul olur. Suvarılan əraziləri suvarma suyu ilə təmin etmək üçün Göyçay Suvarma Sistemləri İdarəsi 3 mənbədən, Göyçay çayı, Yuxarı Şirvan kanalı və Yekəxana Su anbarından suvarma suyu götürür.
13.06.2022 08:58