BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi həyata keçirilən “Kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində təcrübə mübadiləsinin aparılması məqsədilə Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri başa çatıb. Layihədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri də iştirak edib. Səfər proqramı çərçivəsində Türkiyənin Ankara, Urfa, Qazientep, Manisa, İzmir və s. şəhərlərində su idarəedilməsi ilə məşğul olan qurum rəsmiləri, elmi-tədqiqat mərkəzləri ilə görüşlər keçirilib. Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Dövlət Su İşləri İdarəsinin müdiri Lütfi Akça, müdir müavini Mehmet Akif Balta, şöbə müdirləri Mehmet Uğur, Sinan Demirbaş, Seyit Ali Kurtuluş və digər mütəxəssislərlə fikir mübadiləsi aparılıb. Dövlət Su İşləri İdarəsinin mütəxəssisləri tərəfindən görülən işlər, idarəetmə yanaşmaları, torpaqların konsolidasiya edilməsi, suvarma sistemlərinin qurulması, sudan istifadəedənlər birliklərinin fəaliyyətləri barədə təqdimatlar edilib.
06.06.2022 14:10