Fevral ayının 21-də Biləsuvar rayonunda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin iştirakı ilə rayonda taxılçılıq və pambıqçılıq sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr olunan geniş müşavirə keçirilib.
Müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, dövlət Aqrar İnkişaf mərkəzinin mütəxəssisləri, sudan istifadə birliklərinin nümayəndələri, bələdiyyə sədrləri, fermerlər və torpaq mülkiyyətçiləri iştirak edib.
İclasda məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və yüksək məhsul istehsalına nail olmaq üçün görülməsi vacib olan tədbirlər müəyyən edilib.
22.02.2019 00:00