Neftçalada suvarma sürətlə davam edir.

about1

Neftçala rayonunda kənd təsərrüfatının inkişafı artan sürətlə davam edir. Rayon ərazisində əkilən müxtəlif növ bitkilərdən hər il bol məhsul əldə olunur. Məhsuldarlığın artması üçün isə suvarma mövsümündə suvarılmanın mütəşəkkil aparılması vacibdir.  Bunun üçün Neftçala Suvarma Sistemləri İdarəsi var gücü ilə çalışır. 1978-ci ildən fəaliyyət göstərən idarə Neftçala rayonunun 38158 hektar suvarılan torpaq sahəsinə xidmət edir. Bu işin keyfiyyətli təmin edilməsi üçün 44 nasos stansiyadan və 1394  ədəd hidrotexniki qurğudan istifadə edilir. Suvarma mövsümünə qədər bütün nasos stansiyalarda təmir işləri aparılıb və hər biri saz vəziyyətə gətirilib.

Neftçala rayonunda hazırda 5560 hektarda pambıq aratı aparılıb, 39296 hektarda dənli bitkilər, 8077 hektarda isə yem bitkiləri suvarılıb. 8 ədəd hidrotexniki qurğu təmir edilib, 85 km kanal lildən təmizlənib. Rayonun əsas su mənbəyi olan Kür çayından 83 milyon m3 su qaldırılaraq əkin sahələrinə ötürülüb. Əkin sahələrinin suvarılması üçün nasos stansiyalarla yanaşı 1026 km suvarma kanallarından da istifadə olunur. Suvarma suyunun itkisiz və daha sürətlə su istifadəçilərinə çatdırılması üçün isə latok sistemi yenilənib və bu proses davam edir. Yeni nov kanallar təkcə yeni görkəmi ilə deyil, həmdə suvarma suyunu vaxtında fermerlərə çatdıra bilir.

 Qeyd edək ki, Neftçala rayonunda 2022-ci il üçün 38158  hektarda əkin aparılıb ki, bundan da 8700 hektarı pambıq, 21500 hektarı dənli bitkilər, 6221 hektarı yem bitkiləri və 1737 hektar sair əkinlərdir.

25.05.2022 08:36