Çaylarda mühafizə tədbirləri görülür, idarə 12 rayonda tədbirləri davam etdirir.

about1

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Kür-Araz çaylarında Bəndlərin İstismarı idarəsi qrafikə uyğun olaraq öz işini davam etdirir. İdarənin vəzifəsi əhalini, yaşayış məntəqələrini, kənd təsərrüfatı və xalq təsərrüfatı obyektlərini çaylarda baş verən daşqın və sel sularının zərərli təsirlərindən qorumaqdan ibarətdir. Bu məqsədlə Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi respublikanın 12 rayonunda, idarənin xidməti ərazisinə daxil olan ərazilərdə fəaliyyət göstərir. İdarənin balansında 1491 km-dən artıq mühafizə bəndi var. Ondan 936 km Kür çayında, 134 km-dən çoxu Araz çayında, 421 km-i isə dağ çayları və göllərin mühafizə bəndləridir. Mühafizə bəndlərində 137 hidrotexniki qurğu mövcuddur ki, həmin hidrotexniki qurğuların da vaxtaşırı təmiri həyata keçirilir. Hazırda idarənin balansında olan Girdimançayda mühafizə tədbirləri ilə əlaqədar olaraq bəndbərkitmə və məcratəmizləri işləri davam edir.

Genişmiqyaslı görülən tədbirlər çərçivəsində çayların sərt döngələrində sahilyuma prosesləri nəticəsində yaranmış təhlükəli vəziyyətləri aradan qaldırmaq məqsədilə 2012-ci ildən 2021-ci ilə qədər 14660 metr məsafədə daş-betonla sahilbərkitmə işləri yerinə yetirilib. Ötən il idarə tərəfindən mühafizə tədbirlərinin icrası olaraq Kür, Araz və dağçaylarında 108 km-ə yaxın bəndin təmiri, 121 km-dən artıq qayakəsmə işləri 17 km-ə yaxın uzunluqda məcranın təmizlənməsi işləri başa çatdırılıb. Əlavə olaraq mühafizə bəndlərinə təhlükə yarana biləcək yerlərdə qaya uçqunlarının qarşısını almaq məqsədilə 2250 metr məsafədə daş-betonla sahilbərkitmə işləri aparılıb. 2022-ci ilin əvvəlindən bu günə kimi cari təmir planları əsasında 17 km-ə yaxın məsafədə mühafizə bəndlərinin təmiri, 21 km qayakəsmə işləri və 6 km uzunluğunda məcratəmizləmə işləri həyata keçirilib. Bütün görülən işlərin yerinə yetirilməsində 19 ədəd ekskovator, 18 ədəd buldozer və 20 ədəd yükü özü boşaldan maşınlar istifadə edilib.

Qeyd edək ki, Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi respublikanın 12 rayonunda, xidməti ərazisinə daxil olan Qazax, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əhalini, yaşayış məntəqələrini və kənd təsərrüfatı obyektlərinin sel sularından qorumaq üçün fəaliyyətini davam etdirir.

11.05.2022 08:35