25 aprel 2022-ci il tarixində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mərkəzi Aparatı və yerli istismar idarələri ilə təlim keçirilib.

about1

25 aprel 2022-ci il tarixində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mərkəzi Aparatı və yerli istismar idarələri ilə “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması” Qaydası üzrə təlim keçirilib.

Təlimdə vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın düzgün və sistemləşdirilmiş aparılmasının əhəmiyyətinə toxunulub. Tədbir zamanı iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

Qeyd edək ki, bu cür təlimlərin gələcəkdə də davam etdilirməsi nəzərdə tutulub.

 

25.04.2022 15:54