Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə respublikanın rayonlarında əkilən taxıl sahələrinin su təminatı mövzusunda videokonfrans keçirilib.

about1

Konfransda taxıl sahələrinin ikinci vegetasiya suvarma suyu ilə təminatının mövcud vəziyyəti və bu sahədə yaranan çətinliklərlə bağlı müzakirələr aparılıb. Videokonfransda Səhmdar Cəmiyyətin müşaviri, şöbə və sektor müdirləri, həmçinin rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak edib.

İclasda Səhmdar Cəmiyyətin sədr müavini Zakir Quliyev tərəfindən taxıl sahələrinin suvarılmasının daim nəzarətdə saxlanılması, bu sahədə yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri ilə əlaqəli işin təşkili, suvarmada olan çətinliklərin vaxtında aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

19.04.2022 17:49