Videokonfrans şəkilində keçirilən görüşdə işçi qrupun nümayəndələri iştirak edib. Onlayın iclasda həm “Cənub” Elektrik Stansiyası üçün soyutma məqsədilə Kür çayından götürülən suyun istifadə edildikdən sonra Kür çayına qaytarılmadan müvafiq rayonların su təchizatı məqsədilə qapalı sistemlər vasitəsilə ötürülməsi imkanlarının araşdırılması, həm də kəmin qapalı sistemlər vasitəsilə təminatlı su təchizatının həyata keçirilməsi və bunun üçün əkin sahələrində müasir suvarma sistemlərinin tətbiqinin su istehlakçıları qarşısında tələb kimi qoyulması mexanizminin araşdırılması mövzusunda müzakirələr aparılıb.
Müzakirələrin nəticəsi olaraq sonda qərara alınıb ki, Kənd Təsərrüfatı Nazirliyi Salyan Sol Sahil magistral kanalı ətrafında Salyan və ya Hacıqabul rayonları ərazilərində mövcud və perspektivdə əkiləcək əkinlər üçün ayrılması nəzərdə tutulan torpaq sahələri barədə məlumatları təqdim edəcək, bundan əlavə İşçi qrupunda təmsil olunan qurumlar tərəfindən qeyd olunan məsələyə dair müvafiq təkliflər qısa müddətdə “Azmelsutəsərrüfat” ASC-yə təqdim ediləcək. Bütün bunların yekunu olaraq sonda “Azmelsutəsərrüfat” ASC tərəfindən digər qurumların da rəyləri nəzərə alınmaqla ümumi təkliflər toplusu hazırlanaraq Komissiyaya təqdim ediləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılan Komissiyanın aprelin 3-də keçirilən 15-ci onlayn iclasın 5 nömrəli Protokolunun qərar hissəsinin 3-cü bəndinin icrası ilə əlaqədar İşçi Qrup yaradılıb.
11.04.2022 14:15