Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı və meliorasiya obyektlərinin bərpası ilə bağlı Texniki Tapşırığın müzakirəsinə dair işçi qrupun onlayn iclası keçirilib.

about1

Füzuli və Cəbrayıl rayonlarının hər biri üzrə meliorasiya və su təsərrüfatı  kompleksinin bərpası ilə əlaqədar texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması üçün Texniki tapşırıqların layihəsi hazırlanaraq İşçi qrupunun üzvlərinə təqdim edilmiş və  onun müzakirəsi ilə əlaqədar   01 aprel 2022-ci il tarixində İşçi qrupunun onlayn görüşü keçirilmişdir. İşçi qrupunun üzvlərinin  görüşdə və ondan sonrakı müddətdə verdikləri rəy və təkliflər nəzərə alınmaqla Texniki tapşırıqlarda müvafiq əlavələr və dəyişikliklər edilərək onların yekun variantları hazırlanmışdır. İclasda Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasını vaxtında  təmin etmək məqsədilə  İşçi qrupunun üzvləri ilə razılaşdırılmış Texniki tapşırığa uyğun olaraq, Cəbrayıl və Füzuli rayonlarının işgaldan  azad olunmuş ərazilərində  meliorasiya və su təsərrüfatı  kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması üçün açıq tenderlə layihə şirkətlərinin seçimi proseduruna başlanılacaq.

Xatırladaq ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Komissiyanın qərarı ilə “Azmelsutəsərrüfat” ASC-yə  Komissiyada təmsil olunan dövlət qurumlarının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrindən ibarət İşçi qrupu yaratmaqla Füzuli və Cəbrayıl rayonlarının hər biri üzrə meliorasiya və su təsərrüfatı  kompleksinin bərpası ilə əlaqədar texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması üçün müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Bununla əlaqədar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat və Maliyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin,  Azərbaycan Milli Elmlər Akademiyasının, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin, “Azərsu”, “Azərenerji”  və “Azmelsutəsərrüfat” Açıq Səhmdra Cəmiyyətinin mütəxəssislərindən ibarət  İşçi qrupu yaradılmışdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 01 mart 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nə Cəbrayıl və Füzuli rayonlarının işgaldan  azad olunmuş ərazilərində  meliorasiya və su təsərrüfatı  kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması  tədbirləri daxil edilmişdir.

01.04.2022 12:07