İmişlidə kollektor-drenaj sistemləri təmizlənir, torpaqların şoranlaşmasının qarşısı alınır.

about1

Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsi İmişli rayonunun ümumilikdə 35860 hektara yaxın meliorasiya olunmuş torpaqlarına 1531 km drenaj və kollektorlar şəbəkəsi vasitəsi ilə xidmət göstərir. İdarə torpaqların melioartif  cəhətdən yaxşılaşdırılması üçün kollektor drenaj sistemlərinin lildən təmizlənilməsi və onlar üzərində yerləşən hidrotexniki qurğuların cari və əsaslı təmirini həyata keçirir. İdarənin balansında olan maşın mexanizmlər tərəfindən mütəmadi olaraq rayon ərazisindəki kollektorlar lildən təmizlənir. Bunun nəticəsi kimi sahələrdə şoranlaşmanın qarşısı alınır və torpaqlar münbitləşir. Bu işlər sistemli şəkildə aparılır. İlk öncə təsərrüfatlar daxili kollektorlar lildən təmizlənir. Daha sonra sistemli şəkildə əsas kollektorlara, yəni təsərrüfatlar arası kollektorlara ötürülür. Bu kollektorlar da magistral kollektorlara qoşulur. Sonda magistral kollektorlar qurunt sularını rayon ərazisindən kənarlaşdırır.

Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması üçün Mərkəzi Muğan Kollektorlarının İstismarı idarəsi kənd ərazilərində də işini davam etdirir. Belə ki, Bəcravan, Cavadxanlı, Əlqulular, Muradxanlı, Ağammədli, Nurulu, Muradallı, Otuzikilər, Hacırüstəmli, Xoşçobanlı, Murğuzallı, Qaragüvəndikli, Qulubəyli, Qaradonlu, Ölçələr, Boşçalılar, və digər kəndlərdə 360 km daxili təsərrüfat kollektorları lildən təmizləməklə onların üzərindəki 77 ədəd vaxtilə kiçik diyametrli borularla tikilmiş keçidlər sökülüb böyük diyametrli borularla əvəzlənir. Bu da nəticə olaraq drenaj və kollektorlarda qurunt və səth sularının normal axıdılmasına şərait yaradır. Bundan başqa 2022-ci ilin əvvəlindən etibarən 50 km kollektor-drenaj sitsemi lildən təmizlənib.

Qeyd edək ki, hazırda rayon ərazisində təsərrüfatlar arası K-2 və K-3 kollektorunda lildən təmizlənmə işləri aparılır. Bu da təsərrüfatlar daxili kollektorlarda qurunt sularının normal axıdılmasına şərait yaradır və nəticədə səth sularının səviyyəsi aşağı düşür.

04.04.2022 09:15