Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mərkəzi Aparatında “Vətəndaşların müraciətləri” üzrə təlim keçirilib.

about1

30 mart 2022-ci il tarixində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mərkəzi Aparatında “Vətəndaşların müraciətləri” üzrə təlim keçirilib.

Təlimi Hüquq və İnsan Resursları Məsələləri şöbəsinin müdiri Ülviyyə Məmmədova apardı. Təlimdə Vətəndaşların müraciətlərinə dair qanunvericiliyi təşkil edən normativ hüquqi aktlardan ən mühüm olanı “Vətəndaş müraciəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri iştirakçılara izah edilməklə yanaşı, bu tələblərə əməl edilməsinin vacibliyi vurğulandı.

Tədbir maraqla qarşılandı və işçilərin bu Qanunun icrası ilə əlaqədar sualları cavablandırıldı. Yaxın vaxtlarda, bu cür təlimlərin Mərkəzi Aparatla bərabər yerli istismar idarələrinin işçi heyəti ilə keçirilməsi də planlaşdırılır.

 

30.03.2022 16:39