Bəhramtəpə Hidroqovşağı ölkənin 6 rayonunu suvarma suyu ilə təmin edir.

about1

1958-ci ildən istifadəyə verilən Bəhramtəpə Hidroqovşağı hər il olduğu kimi bu gün də əhatə etdiyi 6 rayonu suvarma suyu ilə təmin etmək üçün gücləndirilmiş iş rejimində çalışır. Hidroqovşağa Bəhrəmtəpə Hidroqovşağının İstismarı İdarəsi xidmət edir. İdarə İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəbrayıl və Cəlilabad rayonlarının 228525 ha əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün 182  km magistral kanallardan, 155 ədəd hidrotexniki qurğulardan, uzunluğu 760 metr olan dükkerdən, 75 ədəd hidrometrik postlardan və 2 ədəd baş suqəbuledicidən istifadə edir. Ötən il 49 ədəd hidrotexniki qurğu, 19 ədəd hidropost, 23 km beton üzlüklü kanalın yamaclıqları hissə-hissə şərti və cari təmir olunub. Bundan başqa 79 km-ə yaxın magistral kanal lildən təmizlənib ki, hazırda da bu istiqamətdə tədbirlər davam edir.

Ötən il Bəhrəmtəpə Hidroqovşağının İstismarı İdarəsi tərəfindən Köhnə Cənubi Muğan kanalında 2 ədəd səviyyə qaldırıcı qurğu əsaslı təmir olunub. Bundan əlavə olaraq birləşdirici qol kanalında əkin sahələrinin su ilə təminatının yaxşılaşdırmaq məqsədi ilə 1 ədəd səviyyə qaldırıcı qurğu tikilərək istifadəyə verilib. Hazırda Qovşaqda yenidənqurma işləri cərçivəsində təmir bərpa işləri davam etdirilir. Suvarma müddətində su qıtlığı yaranan zaman Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC tərəfindən su ötürmə qabiliyyəti 5,1 m3/san olan üzən nasos qurulub. Həmin nasos stansiyası suyu Baş Muğan kanalına vurmaq qabiliyyətinə malikdir.

Qeyd edək ki, hazırda 2022-ci ildə yaz-tarla işlərinin görülməsi məqsədi ilə hazırlıq işləri aparılır. Görülən işlər nəticəsində 6 rayonda fəaliyyət göstərən fermerlərin suvarma suyu ilə təminatı yaxşılaşacaq.

28.03.2022 08:23