Konfransda ötən ilin yekunları ətraflı müzakirə edilib, kəskin su qıtlığına baxmayaraq Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə yaradılan Su Komissiyasiyasının rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə su ehtiyatlarının idarə edilməsi sayəsində su anbarlarında müəyyən qədər artıq suyun toplanmasına nail olunduğu və həyata keçirilmiş tədbirlər nəticəsində əkin sahələrinin əsasən suvarma suyu ilə təmin edildiyi qeyd olunub.
“Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılov cənab Prezident tərəfindən meliorasiya və su təsərrüfatı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin və tapşırıqların icrası, su itkisinin qarşısının alınması, sudan səmərəli və qənaətlə istifadə edilməsi, su bölgüsünün ədalətli aparılması, suvarma mövsümünə hazırlıq işlərinin sürətlənməsi və istismar tədbirlərinə ayrılmış vəsaitdən təyinatı üzrə və effektiv istifadə edilməsi ilə əlaqədar konkret tapşırıqlar vermiş və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
23.02.2022 08:35