Azərbaycan höküməti ilə Çin hökuməti arasında 8 dekabr 2014-cü il tarixdə bağlanmış iqtisadi və texnoloji əməkdaşlıq müqaviləsi əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC üçün həyata keçirilmiş “meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılması” qrant layihəsi çərçivəsində Çin Xalq Respublikasından gətirilmiş zəruri avadanlıqlar aidiyyəti üzrə quraşdırılmış və Səhmdar Cəmiyyətin əməkdaşları üçün SuperMAP proqram təminatının mənimsənilməsi üzrə təlimlər başa çatmışdır.
Bu münasibətlə avqust ayının 31-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində tədbir həyata keçirilmişdir. Tədbir zamanı Səhmdar Cəmiyyətin rəhbərliyi və qrant layihəsinin icraçısı olan Çin Xalq Respublikasının “AVİC-İNTL” Layihə Mühəndislik şirkətinin səlahiyyətli nümayəndəsi layihənin başa çatması ilə əlaqdar müvafiq sənədləri imzalamışdır. Layihə çərçivəsində iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.
01.09.2021 12:00