Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə əkin sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib.

about1

Konfransda Yuxarı Qarabağ, Yuxarı Şirvan və Samur-Abşeron kanallarından, eyni zamanda Araz çayı üzərində yerləşən Bəhramtəpə və Mil-Muğan hidroqovşağlarından götürülən sularla əkin sahələri suvarma suyu ilə təmin edilən rayonların istismar idarələrinin rəhbər işçiləri ilə su bölgüsü ilə bağlı müzakirələr aparılıb. Videokonfransda Səhmdar Cəmiyyətin aidiyyəti şöbə müdirləri və mütəxəssisləri iştirak edib.

İclasda Səhmdar Cəmiyyətin sədr müavini Zakir Quliyev rayonlararası yeni su bölgüsü qrafikləri ilə bağlı müzakirələr aparıb, kənd əhalisinin kamunal-məişət su təhcizatı və əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

31.08.2021 16:22