Konfransda 2021-ci il üzrə respublikanın rayonlarında əkilən pambıq sahələrinin suvarması ilə bağlı müzakirələr aparılıb.
Videokonfransda Səhmdar Cəmiyyətin sədr müavinləri, şöbə müdirləri və pambıq əkilən rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak edib.
İclasda Səhmdar Cəmiyyətin sədri Zaur Mikayılov pambıq sahələrinə xidmət edən suvarma şəbəkələrinin, nasos stansiyaların və subartezian quyularının fasiləsiz fəaliyyətinin təmin edilməsi, mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə və su bölgüsünü təsdiq edilmiş limitlər əsasında aparmaqla suvarmada yaranan çətinliklərin vaxtında aradan qaldırılması və əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verib.
05.07.2021 15:41