Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə əkin sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib.

about1

Konfransda Araz çayı üzərində yerləşən Bəhramtəpə hidroqovşağından götürülən sularla əkin sahələri suvarma suyu ilə təmin edilən rayonların istismar idarələrinin rəhbər işçiləri ilə  su bölgüsü ilə bağlı müzakirələr aparılıb. Videokonfransda Səhmdar Cəmiyyətin aidiyyəti şöbə müdirləri və mütəxəssisləri iştirak edib.

İclasda Səhmdar Cəmiyyətin sədr müavini Zakir Quliyev həmin sahələrə xidmət edən suvarma şəbəkələrində, nasos stansiyalarda təmir işlərinin vaxtında başa çatdırılması, suvarmada olan çətinliklərin aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, rayonlararası yeni su bölgüsü qrafikləri hazırlanaraq, onların icrasına başlanmışdır.

23.06.2021 12:58