Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də Azərbaycan-İran Birgə Komissiyasının 50-ci görüşün Protokol layihəsinin müzakirəsi videokonfrans şəklində keçirilib.

about1

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 50-ci görüşün Protokol layihəsinin müzakirəsi  Covid-19 karonavirus pandemiyası ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də keçirilib.

Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov və Elxan Hüseyinov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirliyinin nümayəndələri Mütəllim Əbdülhəsənov, Asif Verdiyev və Naxçıvan MR-nın Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Yəhya Allahverdiyev, Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və Ekologiya və Təbii Sərvətlər naziri Mais Əliyev iştirak ediblər.

Videokonfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilmişdir. Belə ki, Araz su anbarının 2021-ci il üçün iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilmiş, Araz çayında su sərfinin ölçülməsi qrafiki təsdiq edilmiş, Araz çayının su ehtiyatlarının qiymətləndirilməsi, idarə edilməsi və su bölgüsünün optimallaşdırılması məqsədilə avtomatik idarəetmə sisteminin yaradılması sahəsində aparılan işlərin sürətləndirilməsi və digər məsələlər müzakirə edilib.  

Qeyd edək ki, “Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan-İran Birgə Komissiyası”-nın 50-ci yubiley iclası 31 may 2021-ci il tarixində Araz su anbarının səddində təntənəli şəkildə keçiriləcəkdir.

26.05.2021 14:00