Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə 2021-ci il üzrə respublikanın rayonlarında əkilən pambıq sahələrinin su təminatı mövzusunda növbəti videokonfrans keçirilib.

about1

Konfransda 2021-ci il üzrə respublikanın rayonlarında əkilən pambıq sahələrinin dəqiqləşdirilməsi və pambığın vegetasiya suvarmasına hazırlıqla bağlı müzakirələr aparılıb. Videokonfransda Səhmdar Cəmiyyətin şöbə müdirləri və pambıq əkilən rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak edib.

İclasda Səhmdar Cəmiyyətin sədr müavini Zakir Quliyev cari ildə əkilən pambıq sahələrinin yerli Dövlət Aqrar İnkişaf Mərkəzləri və şirkətlərlə birlikdə dəqiqləşdirilməsi, həmin sahələrə xidmət edən suvarma şəbəkələrində, nasos stansiyalarda və subartezian quyularında həyata keçirilən təmir işlərinin vaxtında başa çatdırılması, suvarmada olan çətinliklərin vaxtında aradan qaldırılması və mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

08.05.2021 16:00