Ağdamın işğal altında olmayan 20 yaşayış məntəqəsində 35 ədəd subartezian quyusu qazılacaq

about1

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 35 ədəd subartezian quyusunun qazılması ilə əlaqədar podrat təşkilatlarla müqavilələr imzalanıb.

Onun sözlərinə görə, qazılacaq subartezian quyularının yerləri dəqiqləşdirilərək layihə-smeta sənədləri də hazırlanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 5 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Ağdam rayonunun əhalisi 26 min 265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.

10.12.2018 00:00