Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyindəki “Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti”-nin işçiləri bir aylıq əmək haqlarının 50%-ni işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir.
Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır!
21.10.2020 11:24