Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin təsərrüfat hesablı idarələri tərəfindən əlavə olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 manat ianə edilib.

about1

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan təsərrüfat hesablı idarələri işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 manat ianə ediblər. Belə ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan

-“Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi”,

-“Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu”,

- “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu”, 

- “Samur-Abşeron Kanalı İstismarı İdarəsi”,

- “Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşırma və

   Sazlama İdarəsi”,

- “Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi”,

- “Qazax Melioservis İdarəsi”,

- “Kürdəmir Melioservis İdarəsi” və

-  “Bəhramtəpə Melioservis İdarəsi” Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olublar.   

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir.

Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır!

08.10.2020 10:31