Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC vətəndaş qəbullarını onlayn və elektron qaydada həyata keçirəcək

about1

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin təşkil olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin 2020-ci il 16 mart tarixli məktubu ilə verilmiş tapşırıqlara əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Cəmiyyətin tabeli qurumlarında vətəndaş qəbulu onlayn və elektron qaydada həyata keçiriləcək.

Vətəndaşların müraciətləri elektron, onlayn qaydada və telefon rabitəsi vasitəsilə fasiləsiz cavablandırılacaq.

Vətəndaşların müraciətləri cəmiyyətin (012) 498-15-84 və (012) 598-47-64 telefon nömrələri vasitəsilə qəbul ediləcək və cavablandırılacaq.

Bununla yanaşı, vətəndaşlar cəmiyyətin www.mst.gov.az internet səhifəsi və info@mst.gov.az elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər. Müraciət edənlərin sualları operativ şəkildə cavablandırılacaq.

Bundan əlavə 20-28 mart 2020-ci il tarixində Cəmiyyətin rəhbərliyi növbəlilik əsasında fasiləsiz iş rejimində çalışacaqlar.

19.03.2020 10:00