Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 06 yanvar 2020-ci il tarixində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin Azərbaycanda meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1 ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Ə.C.Əhmədzadənin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Cuma oğlu Əhmədzadə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 yanvar 2020-ci il.
06.01.2020 15:33