15-17 oktyabr 2019-cu il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində “Budapeşt 2019” Su Sammiti keçirilmişdir.
Sammitin açılışında Macarıstan Republikasının Prezidenti Yanoş Ader, həmçinin Kambocanın Baş naziri, Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti, Hindistan Su Resursları, Çay İnkişafı və İçməli Su və Kanalizasiya Naziri çıxış ediblər. Həmçinin BMT-nin baş katibi Antonio Quterreş açılış tədbirinə video mesaj göndərmişdir.
Budapeşt 2019 Su Sammitiində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbərinin müavini Kənan Abdullayev iştirak edib.
Sammit çərçivəsində sessiyalar, yarmarka, sərgi və bir sıra tədbirlər təşkil olunub. Sesiyalarda su böhranlarının qarşısının alınması yolları,suyun dəyəri və su böhranının xərcləri, su böhranlarının aradan qaldırılması üçün iqtisadi cəhətdən səmərəli davranışlar, su gərginliyi və miqrasiya problemləri və bir sıra məsələlər müzakirə olunub.
Qeyd edək ki, ümumilikdə tədbirlərdə 118 ölkədən 2500-ə yaxın nümayəndə iştirak etmişdir. 17 oktyabr 2019-cu il tarixində “Budapeşt müraciəti” qəbul edilərək su sammiti sona çatmışdır.
20.10.2019 10:00