Son 15 ildə 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib

about1

Son 15 ildə 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib. Ölkə iqtisadiyyatının bütün sahələri kimi, meliorasiya və su təsərrüfatı sahəsinin də son 15 ildə böyük iqtisadi inkişaf yolu keçdiyini vurğulayan ASC rəsmisi deyib: “Bu sahəyə ayrılmış əsaslı kapital qoyuluşu dəfələrlə artıb və maddi-texniki baza xeyli yaxşılaşdırılıb. Ölkənin su təhlükəsizliyində strateji əhəmiyyət kəsb edən Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarları istifadəyə verilib, 4,1 min kilometr suvarma kanalları və 2,7 min kilometr kollektor-drenaj şəbəkələri tikilib və təmir-bərpa edilib, 2234 subartezian quyusu qazılıb. Həmçinin 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib”.

23.10.2018 00:00