Nizamnamə

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR
№ 149

Bakı şəhəri, 17 iyun 2006-cı il

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi

haqqında

«Meiiorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı ü 23 fevral tarixli 372 nömrəli Fərmanının 3.1 -ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  • .Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmış «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi» və «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin strukturu» təsdiq edilsin (əlavə olunur).
  • Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri                                                                                        A. Rasi-zadə

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2006-cı il 17 iyun

tarixli 149 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin

NİZAMNAMƏSİ
1. Ümumi müddəalar

  • Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında yaradılmışdır.
  • Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
  • Cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərənsamlarına, digər normativ hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.
  • Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

            tam halda - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti;  qısaldılmış halda - “Azmelsutəsərrüfat" ASC.

  • Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ. 1000, Ü.Hacıbəyov küçəsi, 40, Hökumət evi.

 

2. Cəmiyyətin hüquqi statusu

  • Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir.
  • Cəmiyyətin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
  • Cəmiyyət üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
  • Cəmiyyətin səhmdarı Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün ona mənsub səhmlərin dəyəri həddində risk daşıyır.

3. Cəmiyyətin məqsəd, vəzifə və funksiyaları

  • Cəmiyyətin əsas məqsədi meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.
  • Cəmiyyət aşağıdakı vəzifələri yerinə yetirir:
  • öz səlahiyyətləri daxilində su istehlakçılarını su ilə təmin etmək;
  • yerüstü su obyektlərinin istifadəsini, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin (Sudan İstifadəedənlər Birliklərinin istifadəsində olan sistemlər istisna olmaqla) istismarını, mühafizəsini və suvarılan torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirmək;
  • su obyektlərindən götürülən suları müəyyən olunmuş qaydada bölüşdürmək və onlardan istifadəyə nəzarət edilməsini təmin etmək;
  • torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə dövlət meliorasiya xidmətini inkişaf etdirmək;
  • meliorasiya və su təsərrüfatı sahəsində regional proqramların həyata keçirilməsini təmin etmək;
  • meliorasiya və su təsərrüfatı sahəsinin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və bu istiqamətlərə dair proqnoz və layihələrin, standart, norma və qaydaların hazırlanmasında iştirak etmək;
  • meliorasiya və su təsərrüfatının istehsal bazasını gücləndirmək, ondan səmərəli və məqsədyönlü istifadə olunmasını təmin etmək və tabeliyində olan təşkilatları maddi-texniki ehtiyatlarla təchiz etmək;
  • dövlət büdcəsindən, xidmətlər və digər mənbələrdən daxil olan vəsaitlər hesabına görülən əsaslı tikintinin sifarişçisi, podratçısı, istismar tədbirlərinin icraçısı kimi çıxış etmək;
  • Sudan İstifadəedənlər Birliklərinin fəaliyyətinə nəzarəti qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri daxilində həyata keçirmək;
  • su təchizatına yönəldilən xərclərin qismən ödənilməsini təmin etmək məqsədi ilə mövcud qanunvericiliyə uyğun olaraq, sudan pullu istifadəni təmin etmək;
  • yerüstü su obyektlərinin istifadəsi, mühafizəsi və suların zərərli təsirinin qarşısının alınması üzrə təklifləri və yerüstü su obyektlərinin monitorinq məlumatlarım aidiyyəti dövlət orqanlarına təqdim etmək;
  • səlahiyyətləri daxilində müvafiq beynəlxalq öhdəliklərin həyata keçirilməsini təmin etmək;
  •  Azərbaycan Respublilasmın su qanunvericiliyinə uyğun olaraq su münasibətlərinin tənzimlənməsi sahəsində ortaya çıxan məsələləri öz səlahiyyətləri daxilində həll etmək;
  •  dövlət mülkiyyətində olan su obyektləri üzrə xüsusi suburaxma, çaylardan sel və daşqın sularının axıdılma və su anbarının doldurulub boşaldılma rejimlərini müəyyən etmək və həyata keçirmək;
  • dövlət mülkiyyətində olan meliorasiya və su təsərrüfatı obyektlərinin istismarı zamanı, eləcə də yeni tikiləcək belə obyektlərin layihələrində təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsini təmin etmək;
  • suların zərərli təsirinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlər işləyib həyata keçirmək, sahilqoruyucu obyektlərin istismarını təşkil etmək;
  • su obyektlərinin su mühafizə zonalarını və sahil mühafizə zolaqlarının ölçülərini, sərhədlərini və istifadəsini müvafiq dövlət orqanları ilə razılaşdırmaqla müəyyən etmək və təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
  • meliorasiya və su təsərrüfatı obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını, onların saxlanılmasını və qorunmasını təmin etmək;
  • müasir elm, texnika və mütərəqqi texnologiyalar əsasında sahənin elmi və sosial-iqtisadi inkişafını təmin etmək;
  • hüquqi və fiziki şəxslər tərəfindən sudan istifadə qaydalarına və normalarına əməl olunmasına səlahiyyətləri daxilində nəzarət etmək, bu normaları və qaydaları pozanlara qarşı qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görmək;
  • qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
  • Cəmiyyət qarşısında duran vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
  • meliorasiya 'və 'su təsərfüfäü sahəsində ümumi tədbirləri:və əsas istiqamətləri müəyyən edir;
  • meliorasiya və su təsərrüfatı sahəsində istismar, təmir-bərpa, əsaslı tikinti, yenidənqurma işlərinin aparılmasını təmin edir;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada suların dövlət uçotunu və dövlət su kadastrını öz səlahiyyətləri daxilində aparır;
  • suvarılan və meliorasiya olunmuş torpaqların uçotunu təşkil edir və monitorinqini aparır;
  • müəyyən edilmiş qaydada hidrotexniki qurğuların dövlət reyestrini öz səlahiyyətləri daxilində aparır;
  • səlahiyyətləri daxilində respublika üzrə, hövzə və inzibati- ərazi vahidləri üzrə su təsərrüfatı balanslarını hazırlayır;
  • yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır;
  • qanunvericiliyə uyğun olaraq səlahiyyətlərinə aid məsələlərə dair tariflərin formalaşdırılmasında iştirak edir, bu sahədə dövlət tərəfindən tənzimlənən su tarifləri barədə təkliflər verir və bununla bağlı səlahiyyətləri daxilində zəruri tədbirlər görür;
  • Cəmiyyətin sərəncamında olan vəsaitlərdən təyinatı üzrə istifadə edilməsini təmin edir;
  • dövlət büdcəsi, kreditlər, qrantlar, texniki yardımlar, xidmətlər və digər mənbələr hesabına Cəmiyyətin sərəncamına daxil olan vəsaitlərdən təyinatı üzrə istifadə edilməsini, müvafiq investisiya layihələri üzrə müsabiqə sənədlərinin tərtibini, malların (işlərin və xidmətlərin) satın alınması üçün qanunvericiliyə uyğun olaraq müsabiqələrin keçirilməsini təşkil edir;
  • meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərinin göstərilməsi, torpaqların su təminatının həyata keçirilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarı ilə bağlı büdcə vəsaitinə tələbatı müəyyənləşdirir və aidiyyəti üzrə təqdim edilməsini təşkil edir;
  • meliorasiya və su təsərrüfatı sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb olunmasının təşkilində iştirak edir və bu sahədə lazımi iş aparır;
  • əsaslı vəsait qoyuluşundan səmərəli istifadə olunmasını, tikilən və yenidən qurulan obyektlərin, istehsal güclərinin və əsas fondların vaxtmda istifadəyə verilməsini təmin edir;
  • Sudan İstifadəedənlər Birlikləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatlar, ailə kəndli təsərrüfatları, vətəndaşlar, digər su istifadəçiləri ilə müqavilələr əsasında meliorasiya və su təsərrüfatı sistemlərinə və qurğularına texniki-servis xidmətinin göstərilməsini təmin edir, bu məqsədlə yerlərdə servis təşkilatlarım lazımi avadanlıq, maşm- mexanizmlər və ixtisaslı mühəndis-texniki kadrlarla təmin edir;
  • mühasibat uçotunu təşkil edir, tabeliyində olan təşkilatların rüblük və illik mühasibat hesabatlarına və balanslarına baxır, icmallaşdırır və təsdiq edir. Maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabat və balans tərtib edir;
  • meliorasiya və su təsərrüfatı sahəsi üzrə kadrların hazırlanması, onların ixtisaslarının artırılması istiqamətində müvafiq tədbirlər görür;
  • işçilərin sosial-məişət və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası qaydalarına riayət edilməsini təmin edir;
  • vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını və onların qəbulunu təmin edir, daxil olmuş müraciətlərə vaxtında cavab verir;
  • Cəmiyyətin səfərbərliyə hazırlığını təmin edir, tabeliyində olan təşkilatların səfərbərliyə hazırlıq üzrə fəaliyyətini əlaqələndirir;
  • Cəmiyyətin fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin müəyyən edilmiş qaydada komplektləşdirilməsini, saxlanmasını və uçotunu təmin edir;
  • meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması qaydalarının yerinə yetirilməsini təmin edir;
  • Cəmiyyətin saxlanması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılan məqsədyönlü vəsaitin sifarişçisi funksiyalarını həyata keçirir;
  • sərhəd su obyektlərindən istifadəni, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarını təmin edir;
  • meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə sifarişçi funksiyalarını həyata keçirir, öz səlahiyyətləri daxilində layihələrin dövlət ekspertizasını aparır və təsdiq edir;
  • su ehtiyatlarından istifadə edilməsi ilə bağlı yeni müəssisələrin tikilməsi və mövcud müəssisələrin yenidən qurulmasım layihələndirməsi zamanı su ehtiyatlarının olması barədə rəy verir, su ehtiyatlarından istifadə edən bütün obyektlər üzrə yerayırma və istismara qəbul komissiyalarının işində iştirak edir;
  • səlahiyyətləri daxilində Azərbaycan Respublikasını beynəlxalq su təşkilatlarında təmsil edir və su məsələlərinə dair keçirilən beynəlxalq tədbirlərdə iştirak edir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, meliorasiya və su təsərrüfatı sahəsində xarici dövlətlər və təşkilatlarla iqtisadi, istehsalat və elmi-texniki əlaqələr yaradır;
  • meliorasiya və irriqasiya sahəsində tövsiyə xarakterli metodiki sənədlər hazırlayır və onları təsdiq edir;
  • su istifadəçilərindən sudan istifadənin vəziyyəti barədə lazımi məlumatlar alır;
  • hidrotexniki qurğuların təyinatı üzrə təhlükəsizlik bəyannamələrini öz səlahiyyətləri daxilində təsdiq edir;
  • ölkənin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığının, ətraf mühitin və tarixi-mədəni irsin, habelə başqa şəxslərin qanuni hüquqlarının və maraqlarının qorunması məqsədi ilə səlahiyyətləri daxilində su obyektlərindən və onların bir hissəsindən istifadəni məhdudlaşdırmaq, dayandırmaq və qadağan etmək üçün müvafiq təqdimatlar hazırlayır;
  • səlahiyyətləri daxilində su obyektlərindən balıqçılıq üçün istifadəni razılaşdırır, su tutarlarını və ya onların müəyyən hissələrini idman və həvəskar balıq ovu üçün ayırır;
  • səlahiyyətləri daxilində su obyektlərindən tullantı sularının axıdılması üçün istifadə edilməsinə razılıq verir və ya tullantı sularının su obyektlərinə axıdılmasmı məhdudlaşdırır, dayandırır, qadağan edir;
  • qanunvericiliyə uyğun olaraq su mühafizə zonalanndakı torpaqların istifadəsinə razılıq verir və bu ərazidəki fəaliyyətə nəzarəti səlahiyyətləri daxilində həyata keçirir;
  • su obyektlərinin bərpası və mühafizəsi sahəsində bələdiyyələr və su istifadəçiləri ilə hövzə sazişləri bağlayır;
  • sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, çaylarda, çay qollarında, meliorasiya və irriqasiya sistemlərində qalaqların yaradılmasının, su axımının qarşısının öz başına kəsilməsinin, göllərdən və limanlardan su buraxılmasının qarşısını alır;
  • suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerləri öz səlahiyyətləri daxilində müəyyənləşdirir, onların tikinti layihələrini razılaşdırır, bu layihələri dövlət ekspertizasından keçirir, obyektlərin istismara verilməsini razılaşdırır;
  • respublika əhəmiyyətli və rayonlararası suvarma sistemləri üzrə sudan istifadəyə dair ümumsistem planlarını təsdiq edir;
  • xüsusi qorunan su obyektlərinin respublika, bölgə və yerli əhəmiyyətli xüsusi qorunan su obyektlərinə aid edilməsi barədə təkliflər hazırlayır;
  • müəyyən müddət üçün yerüstü su ehtiyatlarından istifadənin son həddini göstərən limitlər və kvotalar müəyyən edir, müqavilələr bağlayır, qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda yerüstü su ehtiyatlarından istifadəyə icazə verir;
  • qanunvericiliyə uyğun olaraq istismar müddətini başa vurmuş, iqtisadi baxımdan məqsədyönlü sayılmayan, təmiri və bərpası səmərəli hesab edilməyən əsas vəsaitləri balansdan silir;
  • sərhədboyu sularda meliorasiya və irriqasiya sistemləri və qurğularının yaradılması və onlardan istifadə edilməsi sahəsində .beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir;
  • yerli və xarici hüquqi şəxslərlə qanunvericiliklə müəyyən edilmiş qaydada müştərək (birgə) müəssisə yaradır;
  • dövlət büdcəsindən meliorasiya tədbirlərinə ayrılan vəsait hesabına Cəmiyyətin aparatının strukturunu, ştat cədvəlini və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla say tərkibini müəyyənləşdirib təsdiq edir;
  • səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüququ şəxslərdən müəyyən olunmuş qaydada arayışlar və məlumatlar alır;
  • zəruri hallarda respublikanın müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədbirlər həyata keçirir;
  • səlahiyyətləri daxilində meliorasiya və irriqasiya sistemlərinin yaxşılaşdırılması və inkişafı üzrə layihələrin həyata keçirilməsinə texniki və maliyyə yardımının cəlb edilməsi üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən digər fəaliyyət növlərini həyata keçirir.
  • Cəmiyyət bu Nizamnamə ilə nəzərdə tutulan vəzifə və funksiyalarını bilavasitə tabeliyində olan idarə, müəssisə və təşkilatlar vasitəsilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanı, ictimai təşkilatlar və digər hüquqi şəxslər ilə əlaqəli şəkildə həyata keçirir.

 

4. Cəmiyyətin nizamnamə kapitalı və əmlakı

  • Cəmiyyətin gəlirləri dövlət büdcəsindən, büdcədənkənar vəsaitdən, kreditlərdən, qrantlardan, xidmət və istehsaldan daxil olan, qanunvericiliklə qadağan olunmayan fəaliyyət növlərindən əldə edilən vəsaitlərdən ibarətdir.
  • Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər əmlakdan ibarətdir.
  •  Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.
  • Cəmiyyətin nizamnamə kapitalı 728428260 manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 20 manat olan 36421413 ədəd adi səhmlərdən ibarətdir.
  • Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:
  • nizamnamə kapitalına daxil olan əmlak;
  • səhmdarın vəsaiti hesabına;
  • təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;
  • qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
  • Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
  • Cəmiyyətin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

 

5. Cəmiyyətin strukturu

  • Cəmiyyət qarşısına qoyulan funksiya və vəzifələrini tabeliyində olan idarə, müəssisə və təşkilatlar vasitəsi ilə həyata keçirir.
  • Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar müvafiq qanunvericiliyə uyğun olaraq yaradıla, yenidən təşkil edilə və ləğv oluna bilər.
  • Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatların rəhbərləri həmin idarə, müəssisə və təşkilatlann məqsəd və funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
  • Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar bu Nizamnaməyə əməl etməli, öz fəaliyyətləri barədə Cəmiyyətə hesabat verməli, Cəmiyyət tərəfindən keçirilən tədbirlərdə və Cəmiyyət qarşısında duran vəzifələrin həllində iştirak etməli və qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirməlidirlər.

 

6. Cəmiyyətdə uçot və hesabatın aparılması

  • Cəmiyyət mühasibat, maliyyə və statistik uçotu Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq aparır. Uçot Azərbaycan dilində aparılır. Cəmiyyət tabeliyində olan idarə, müəssisə və təşkilatlarda bu uçotun qüvvədə olan qanunvericiliyə uyğun olaraq aparılmasına nəzarət edir.
  • Cəmiyyətin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və dekabrın 31-dək başa çatır. Növbəti maliyyə ili isə yanvarm 1-dən başlayır və dekabnn 31-dək olan dövrü əhatə edir.
  • Cəmiyyət illik hesabatı və mühasibat balansını hamının tanış olması üçün hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə mətbu orqanda dərc etməyə borcludur.
  • Cəmiyyət onun tabeliyində olan idarə, müəssisə və təşkilatlann maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının qüvvədə olan qanunvericiliyə uyğun olaraq aparılmasını təmin edir.
  • Cəmiyyətin bütün əməkdaşları onlara əmək fəaliyyəti ilə bağlı məlum olan kommersiya sirrini təşkil edən məlumatları gizli saxlamağa borcludurlar.

 

7. Cəmiyyətin icra orqanı

  • İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.
  • İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə Cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər istisna olmaqla, Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.
  • İdarə Heyətinin tərkibi 4 nəfərdən - sədr, onun birinci müavini və 2 müavindən ibarətdir.
  • İdarə Heyətinin işinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədr rəhbərlik edir.
  • Sədrin bir birinci müavini və iki müavini Cəmiyyətin sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Baş naziri tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.
  • İdarə Heyəti:
  • sədr tərəfindən yaradılmış komissiyalarla birlikdə meliorasiya və su təsərrüfatı sistemlərinin istismarı, inkişafı ilə bağlı məsələləri, tərkibində olan qurumların fəaliyyətinin yekunlarını, daxili audit yoxlamalarının nəticələri barədə və ortaya çıxmış çatışmazlıqların aradan qaldırılmasım, habelə Cəmiyyətin illik maliyyə tələbatım, suyun paylanma rejimlərini və digər məsələləri müzakirə edir, müvafiq qərarlar qəbul edir;
  • Cəmiyyətin aparatının işçilərinin vəzifə maaşlarını Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının işçilərinin vəzifə ınaaşı səviyyəsində müəyyən edir, işçilərinin vəzifə maaşlarını dövri olaraq Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında çalışan işçilərin vəzifə maaşlarının artım tempinə uyğunlaşdırır;
  • dövlət büdcəsindən meliorasiya tədbirlərinə ayrılan vəsait hesabına Cəmiyyətin aparatının işçilərinin vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq Maliyyə Nazirliyi ilə razılaşdırılmış əmək haqqı fondu dairəsində həyata keçirir;
  • qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
  • İdarə Heyətinin qərarları müvafiq protokollarla və bir qayda olaraq sədrin əmri ilə rəsmiləşdirilir.
  • Cəmiyyətin İdarə Heyətinin qərarlarının qəbul edilməsində onun üzvləri arasında fikir ayrılığı yarandıqda sədr öz qərarını həyata keçirir və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.
  •  Meliorasiya və su təsərrüfatı sahəsində aparılan elmi tədqiqatların istiqamətləri üzrə təkliflərə baxmaq, müasir elmi nailliyyətlərin istehsalatda tətbiqi üzrə tövsiyələr hazırlamaq, dövlət əhəmiyyətli tikinti və yenidənqurma obyektlərinin layihələrinə baxmaq məqsədi ilə sədrin rəhbərliyi altında respublikanın yüksək ixtisaslı alim və mütəxəssislərini də cəlb etməklə elmi-texniki Şura yaradılır.

 

8. Cəmiyyətin sədri

  • Cəmiyyətin sədri:
  • Cəmiyyətin fəaliyyətinə rəhbərliyi həyata keçirir;
  • müavinlər arasında iş bölgüsünü müəyyənləşdirir;
  • dövlət büdcəsindən meliorasiya tədbirlərinə ayrılan vəsait hesabına müəyyən olunmuş əməyin ödənilməsi fondu daxilində Cəmiyyətin idarə aparatının strukturunu, ştat cədvəlini və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla xərclər smetasını təsdiq edir;
  • Cəmiyyətin tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
  • Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatların nizamnamələrini (əsasnamələrini) təsdiq edir;
  • Cəmiyyətin aparatının və tabeliyində olan idarə, müəssisə və təşkilatların rəhbər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində       qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
  • Cəmiyyətin aparatının və tabeliyində olan struktur vahidlərinin fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, habelə normativ hüquqi aktların icrasını təşkil edir və yoxlayır;
  • qanunvericiliyə uyğun olaraq verilən səlahiyyət əsasında beynəlxalq, dövlətlərarası və hökumətlərarası danışıqlarda iştirak edir, meliorasiya və su təsərrüfatı sistemlərinin yaxşılaşdırılması məqsədi ilə beynəlxalq müqavilələrin bağlanması üçün danışıqlar aparır, onları müəyyən olunmuş qaydada imzalayır və imzalanmış müqavilələrin icrasını təmin edir;
  • Cəmiyyətin fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə yeni qurumların yaradılması, yenidən təşkil olunması və ləğv edilməsi barədə sərəncam verir;
  • Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatların maliyyə təsərrüfat fəaliyyətinin auditinin və yoxlamaların keçirilməsi ilə bağlı qərarlar qəbul edir;
  • Cəmiyyətin əmlakı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində sərəncam verir, istehsalat-təsərrüfat fəaliyyətini təmin etmək üçün hüquqi və fiziki şəxslərlə müqavilələr bağlayır, etibarnamələr verir, xəzinə və banklarda hesablaşma hesabı və digər hesablar açır, vəsait yönəltmək hüquqlarından istifadə edir, daxili intizam qaydalarmı müəyyən edir;
  • ilin yekun maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı balansa baxılması və malların alınması, iş və xidmətlərin görülməsi üçün müsabiqələrin keçirilməsi üzrə kommisiyalar yaradır;
  • Cəmiyyət adından etibamaməsiz fəaliyyət göstərir, onun mənafelərini bütün dövlət orqanlarında, müəssisələrdə, idarələrdə və təşkilatlarda (o cümlədən beynəlxalq təşkilatlarda) müdafiə edir;
  • qanunvericiliyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.
  • Cəmiyyətin sədri öz fəaliyyətində Azərbaycan Respublikasının normativ hüquqi aktlarını və bu Nizamnaməni rəhbər tutur.
  • Cəmiyyətin sədri Cəmiyyətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyalarm həyata keçirilməsi üçün məsuliyyət daşıyır.
  • Cəmiyyətin sədri iş yerində olmayanda və ya vəzifəsinin yerinə yetirilməsinə mane olan hallar meydana çıxdıqda, yaxud öz vəzifəsini yerinə yetirə bilmədikdə, onun səlahiyyətlərini birinci müavini həyata keçirir.

 

9. Daxili audit və maliyyə nəzarəti mexanizmi

  • Cəmiyyət sədrə tabe olan daxili audit sistemi təsis edir. Daxili audit və bu sistemin işini icra edən şəxslər öz fəaliyyətlərində Cəmiyyətin şöbələrindən asılı deyildirlər və öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticələr çıxarmaq hüququna malikdirlər.
  • Cəmiyyətin daxili auditinin əməkdaşları Cəmiyyətin bütün işçiləri üçün müəyyən edilmiş tələblərlə bərabər aşağıdakı əlavə tələblərə cavab verməlidirlər:
  • Azərbaycan Respublikasının qanunvericiliyi sahəsində və ekspertiza aparacaqları sahədə müvafiq biliklərə malik olmaq;
  • hüquq, iqtisadiyyat, yaxud mühasibat uçotu sahəsində ali təhsilli olmaq;
  • bu Nizamnamənin 9.2.2-ci yanmbəndində sadalanan müvafiq sahə üzrə azı beş illik iş stajına malik olmaq.
  • Daxili auditin aşağıdakı səlahiyyətləri vardır:
  • Cəmiyyətin, o cümlədən onun struktur bölmələrinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarına uyğunluğunu yoxlamaq;
  • Cəmiyyətin istehsal və xidmət fəaliyyətinin, habelə maliyyə statusunun dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan xüsusi əməliyyatların mütəmadi auditini aparmaq;
  • daxili audit yoxlamalarının nəticələri haqqında, habelə ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması üçün təkliflər barədə Cəmiyyətin sədrinə məlumat vermək;
  • Azərbaycan Respublikasının qanunvericiliyi və bu Nizamnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətlər.
  • Cəmiyyətin bütün müvafiq bölmələri və əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün zəruri şəraiti yaratmağa borcludurlar.

 

10. Cəmiyyətin müstəqil (kənar) auditi

  • Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

11. Cəmiyyətin tabeliyində olan idarə, müəssisə və təşkilatlar ilə qarşılıqlı münasibətləri

  • Cəmiyyətin onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, bu Nizamnaməyə, habelə onların nizamnamə və əsasnamələrinə, Cəmiyyətin idarəetmə orqanının qərarına uyğun olaraq tənzimlənir.
  • Cəmiyyət tərkibinə daxil olan idarə, müəssisə və təşkilatlara icrası məcburi olan göstərişlər vermək və onlar tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, bu Nizamnaməyə, onların nizamnamə və əsasnamələrinə, Cəmiyyətin idarəetmə orqanının qərarlarına zidd qəbul edilmiş qərarları ləğv etmək hüququna malikdir.
  • Cəmiyyətin onun tərkibinə daxil olan idarə, müəssisə və təşkilatları ilə qarşılıqlı münasibətlərdə səlahiyyətləri aşağıdakılardır:
  • mövcud normativ hüquqi aktlara uyğun olaraq, tərkibinə daxil olan idarə, müəssisə və təşkilatların balansında olan əmlakı hüquqi və fiziki şəxslərə icarəyə, habelə balansda əks olunmuş fondları silmək üçün müəyyən olunmuş qaydada razılıq vermək;
  • tərkibinə daxil olan qurumların - ştat cədvəllərini və xərclər smetasını təsdiq etmək;
  • tərkibinə daxil olan idarə, müəssisə və təşkilatların təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərini formalaşdırmaq, hesabatlarına nəzarət etmək bu məsələlərə aid tövsiyələr vermək;
  • tərkibinə daxil olan idarə, müəssisə və təşkilatların maliyyə- təsərrüfat fəaliyyətlərini təhlil və təftiş etmək;
  • tərkibinə daxil olan idarə, müəssisə və təşkilatların fəaliyyətlərinin yekunlarına baxılmasını təmin etmək;
  • tərkibinə daxil olan idarə, müəssisə və təşkilatlardan onların təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzini ödəməyi tələb etmək;
  • qanunvericilikdə və bu Nizamnamədə nəzərdə tutulmuş digər hüquqlar.

 

12. Cəmiyyətin yendən təşkili və ləğvi

  • Cəmiyyətin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.